Türkiyədə bu günədək koronavirusa qarşı peyvənd olunanların sayı 10 milyonu keçib.

Unikal.org xəbər verir ki, 7,5 milyondan çox şəxs vaksinin birinci dozasını, 2,5 milyona yaxın şəxs hər iki dozasını vurdurub.

İstanbulda 1,6 milyona yaxın, Ankarada isə 823 min nəfər peyvəndlənib.

Qeyd edək ki, bu günədək Türkiyədə 2,8 milyona yaxın şəxs koronavirusa yoluxub, 29 min nəfər vəfat edib.