Futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu turun növbəti iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

Unikal.org xəbər verir ki, turun mərkəzi görüşü olan “Zirə” – “Qarabağ” matçının idarəçiliyi Elçin Məsiyevə tapşırılıb.

“Qəbələ” – “Səbail” görüşünü isə Rəhim Həsənov idarə edəcək.

Azərbaycan Premyer Liqası
19-cu tur
9 mart

Qəbələ – Səbail
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, İnqilab Məmmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 15:00.

Zirə – Qarabağ
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:15.