Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  147 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  272 998, ölənlərin sayı isə 3 591 nəfərə çatıb.

Virusa yoluxanlardan 266 886 nəfərin sağaldığı bildirilir.