Hacıqabul rayonunda yanğın hadisəsi olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və yaxınlıqda ümumi sahəsi 230 m² olan istixananın polietilendən ibarət üzlüyü 30 m² sahədə yanıb. Tövlənin və istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.