Türkiyəli aktyor  Gökhan Alkanla eşq yaşayan aktrisa Nəsrin Cavadzadə adına açılan saxta hesablardan təngə gələrək üsyan etdi.

Unikal.org xəbər verir ki, aktrisanın sadəcə şəxsi İnstaqram hesabı var. Bu haqda açıqlama verən aktrisa, “Twitter”da adından yazılanlar ona aid olmadığını deyib:

““Twitter”da adıma açılan saxta hesablara və yazılan mənasız yazılara inanmayın. Onların heç birini mən yazmıram. İnstaqram sosial şəbəsindən başqa heç bir onlayn platformada şəxsi hesabım yoxdur”.