Təyyarədə narkotik maddənin təsiri altında olan qadın sərnişin, digər sərnişinləri narahat edib. 

Unikal.org xəbər verir ki, hadisə Rusiyada baş verib. Belə ki, qadın  sərnişinlərin başı üzərində gəzərək, onları narahat edib.  Həmçinin, paltarlarını soyunan qadın daha sonra digər sərnişinlər tərəfindən oturacağa iplə bağlanılıb. Qadın enişə qədər nəzarət altında olub.

Enişdən sonra o, polis tərəfindən saxlanılaraq, polis bölməsinə aparılıb.