Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində külək ağacı diametri 76 mm olan qaz xəttinin üzərinə aşırıb.

Bu barədə Unikal.org-a "Azəriqaz"dan bildirilib.

Məlumata görə, nəticədə 5 yaşayış binasında təxminən 300 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bərpa işlərinə başlanılıb.