İş adamı Şərurlu İsfəndiyarın sahibi olduğu  "Hollivud"   restoranında insident yaşanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, otel biznesi ilə məşğul olan iş adamlarından birinin  təşkil etdiyi ziyafətdə dava düşüb. Belə ki, ziyafətin aparıcısı müğənni Nüşabə Musayeva ilə ev sahibi arasında anlaşılmazlıq olub. Bu zaman müğənni əlində olan bakalı qaldırıb, yerə çırıb. Sonra məclisdə dava düşüb. Dava zamanı qonaqlardan biri aşıq Fəzail Miskinliyə yumruq vurub. Aşıq huşunu itirərək yerə yıxılıb.

Aranın qızışdığını görən ziyafəti təşkil edən iş adamı qonaqları sakitləşdirib.

İş adamının hüquqşünası Ülvi Nağıyev məsələ ilə bağlı Unikal.org-a açıqlama verib: "Xəbər yayılandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları restoranda araşdırma aparıblar. Məlum olub ki, orada belə bir məclis təşkil olunmayıb."

Seymur Əli