“Zirə” futbol klubu Rodriqo Bonqonquini transfer edib.

Unikal.org klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi 28 yaşlı hücumçu ilə cari mövsümün sonuna kimi anlaşıb.

Qeyd edək ki, fransalı futbolçu daha əvvəl ölkəsinin “Sedan”, “Paris”, “Le Erbe”, Xorvatiyanın “Slaven Belupo”, Sloveniyanın “Tabor” və İsrailin “Hapoel Hadera” klublarında çıxış edib.