Türkiyə Özbəkistanın Səmərqənd şəhərində baş konsulluq açacaq.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu, Özbəkistanda açılacaq ilk baş konsulluq olacaq.

Bildirilib ki, ökələr arasında əlaqələrin dərinləşdirilməsi və inkişafı diplomatik missiyanın tərkibinin genişləndirilməsini zəruri edib. Baş konsul vəzifəsini diplomat Saleh Caner icra edəcək.