ABŞ-da "Facebook" şirkəti ilə bağlı istintaq başladılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məşğulluq məsələlərindən məsul olan dövlət qurumunun tələbi ilə şirkətlə bağlı araşdırmalara başlanılıb.

Səbəb kimi "Facebook"un işçilərə münasibəti göstərilir. Belə ki, şirkətin işə qəbul müsahibələrində və işçilərə maaşdan əlavə pul mükafatları verilməsi zamanı irqçi yanaşma tətbiq etdiyi iddia olunub. Araşdırmaların yekunlaşmasından sonra hüquqi tədbirlər görüləcəyi bildirilib.