Dövlət proqramının icrası qaydası məlum olub.

Unikal.org xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nda əksini tapıb.

1. Dövlət proqramının icrası qarşıya qoyulmuş məqsədlərə nail olunması, dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həmin dövlət proqramında nəzərdə tutulan maliyyələşdirmə mənbələri hesabına icraçılar tərəfindən tam və vaxtında yerinə yetirilməsidir.

2. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti əlaqələndirici orqan (qurum) həyata keçirir.

3. Dövlət proqramının icrasının səmərəli təşkili məqsədilə əlaqələndirici orqanın (qurumun) rəhbərliyi ilə həmin dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin əsas və digər icraçısı olan orqanların (qurumların) nümayəndələrindən ibarət işçi qrup yaradılır.

4. Bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq yaradılan işçi qrupun ildə ən azı bir dəfə iclası keçirilir və icra prosesində qarşıya çıxan əsas problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılır.

5. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının təşkili məqsədilə prioritet istiqamətlər və (və ya) tədbirlər (bundan sonra – prioritet istiqamətlər) üzrə alt işçi qruplar yaradıla bilər.

6. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti və nəticələri barədə aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən illik hesabatlar hazırlanır və təsdiqedici sənədlərlə birlikdə hər il yanvarın 20-dək əlaqələndirici orqana (quruma) təqdim edirlir.

7. Əlaqələndirici orqan (qurum) bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq təqdim edilmiş məlumatları ümumiləşdirərək təhlil edir və hazırladığı hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.