Hindistanda kənd təsərrüfatı sahəsində çalışan insanlar etirazların 100-cü günündə avtomobil yollarını bağlayıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan fermerləri ölkə ərazisindəki əsas magistral yolları qapadıblar.

Səbəb fermerlər üçün əlverişsiz olan yeni kənd təsərrüfatı haqqında qanunun qəbul edilməsidir. Dəfələrlə etiraz edən fermerlər 11 dəfə hökumət nümayəndələri ilə dialoqa getsələr də, müzakirələr nəticəsiz qalıb.

Qeyd edək ki, etirazçılar bundan əvvəl dəmir yolu xətlərini də bağlamışdılar.