"Türkmənistanla əməkdaşlığı artırmaq üçün çalışacağıq".

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bunu türkmənistanlı həmkarı Reşit Meretovla görüşü zamanı söyləyib.

"Türkmənistanla Türkiyə qardaş ölkələrdir. Əlaqələrimiz mükəmməldir, amma bu yetməz. İqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığı artırmaq üçün çalışacağıq", - deyə Çavuşoğlu bəyan edib.