Türkiyəli sənətçi  İbrahim Tatlısəsin oğlu İdonun nişanlısı Yasemin Şefkatli ticarət mərkəzlərindən birindən çıxarkən görüntülənib.

Unikal.org Türkiyə KİV-nə istinadən bildirir ki, jurnalistləri görən Tatlısəsin gəlini onlarla ayaqüstü söhbət edib. 

Yasemin yaxın günlərdə keçirilməsi planlaşdırılan toyunun təxirə düşdüyünü bildirib:

“Pandemiya səbəbi ilə toy mərasimini təxirə salmalı olduq. Çünki bu şad günümüzdə bizi sevən hər kəsin yanımızda olmağını istəyirik”.