Türkiyədə xüsusi əməliyyat keçirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankara, İstanbul, İzmir və Yozqat şəhərlərində eyni vaxtda mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat keçirilib.

Əməliyyat nəticəsində "Tokatçılar" kimi tanınan qruplaşmanın 33 üzvü saxlanılıb. Qruplaşmanın üzvləri böyük fırıldaqçılıq əməliyyatları ilə məşğul olublar. Hazırda araşdırmalar və qruplaşmanın digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.