Ermənistanda müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan baş nazir Nikol Paşinyanın erkən seçkilərlə bağlı təklifini dəstəklədiyini açıqlayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Marukyan bunun üçün şərt irəli sürüb. O qeyd edib ki, baş nazir ordunun baş qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması ilə bağlı vəsatəti geri götürməlidir.

"Mən digər partiyaları da bu təklifi dəstəkləməyə çağırıram. Məsələn, Tsarukyanın Çiçəklənən Ermənistan Partiyası təklifi dəstəkləsin. Başqaları bizsiz bunu gerçəkləşdirə bilməz. Biz də başqa siyasi partiyalar olmadan növbədənkənar parlament seçkilərini edə bilmərik", - deyə partiya sədri bildirib.