“Fərat Qalxanı” bölgəsinə daxil olmağa cəhd göstərən 3 PKK/YPG terrorçusu Türkiyə hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Sülh və təhlükəsizlik mühitini pozmaq üçün “Fərat Qalxanı” bölgəsinə daxil olmağa çalışan 5 PKK/YPG terrorçusu qəhrəman komandirlərimizin uğurlu müdaxiləsi ilə zərərsizləşdirildi", - nazirlikdən bildirilib.