Balakən rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən  məlumata görə,  rayonun Kortala kəndi ərazisində kənd sakini M.Xırxırov idarə etdiyi “VAZ-21013” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət alan 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.