Ermənistanda birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi, "Vətənin xilası naminə hərəkat"ın lideri Vazgen Manukyan İstintaq Komitəsinə gəlib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Manukyan bir gün öncə istintaqa cəlb olunması ilə bağlı çağırış vərəqəsi alıb. Müxalifət lideri komitə tərəfindən təqsirləndirilən şəxs qismində dindirilib.

Qeyd edək ki, V.Manukyan publik çıxışlarında hakimiyyəti zorakı yollarla qanunsuz şəkildə ələ keçirmək barədə danışdığı üçün ölkənin konstitusion quruluşunu güc yoluna dəyişdirməyə çağırışda ittiham edilir. Ona cinayət işi açılıb.