Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 115 milyon 768 min 898 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 571 min 785 nəfərdir. İndiyədək 91 milyon 469 min 079 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 456 377 nəfər virusa yoluxub, 531 652 pasiyent dünyasını dəyişib.