Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski vəzifəsindən gedəcəyi tarixi açıqlayıb. 

Unikal.org xəbər verir ki,  o, bütün vəzifələrindən 1 may 2036-cı ildə gedəcəyini elan edib. Həmçinin də, o, 90 yaşında bir az kənara çəkiləcəyini, əvvəl rəis olduğu halda o zaman rəis müavini olacağını söyləyib.

Jirinovski partiyasının hər qurultayında özünün təqaüdə çıxması məsələsini gündəmə gətirdiyini, amma onu buraxmadıqlarını da bildirib.