Boliviyadakı "El Alto" universitetində dəhşətli hadisə baş verib.

Unikal.org xəbər verir ki, tələbə mərkəzində növbə zamanı sıxlıq yaşanıb. Tələbələrin bir-birilərinə müdaxiləsi nəticəsində gərginlik baş verib. Bu zaman məhəccərlər qəfil yerindən qopub. Nəticədə 11 tələbə 4-cü mərtəbədən yerə düşüb. Onlardan 8-si həyatını itirib. Digərləri xəsarət alıb.