"Mançester Yunayted" yay transferləri zamanı fəallıq göstərməyəcək.

Unikal.org "Goal"a istinadla xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib. Norveçli mütəxəssisin dedikləri: "Pandemiya dünya futboluna mənfi təsirini göstərdi. Bütün sahələrdə gəlirlərdə azalmalar var, bunu hamı bilir. Realist olmalı, biznesə məsuliyyətlə yanaşmalısan. Biz hansı transfer üçün pul xərcləyə bilərik? Məbləğ nə qədər olmalıdır? Hər şey dəyişib. Akademiyamızda elə gənclər var ki, hər biri pusquda dayanıb, şans gözləyir. Ona görə də yayda fəal olacağımızı düşünmürəm".

Qeyd edək ki, "Mançester Yunayted" 26 oyundan sonra topladığı 50 xalla Premyer Liqanın ikinci pilləsində qərarlaşıb.