Yunanıstanda zəlzələ hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi Laris şəhərindən 22 kilometr şimal-qərbdə yaşanıb. Yer silkələnməsi Rixter şkalası ilə 5.9 balla qiymətləndirilib.

Zəlzələnin ocağı yerin 1 kilometr dərinliyində yerləşib. İtki və dağıntılarla bağlı məlumat verilməyib.