Ermənistanda son sutkada daha 360 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 172 816-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 202-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 819 nəfərdir. İndiyədək 163 906 pasiyent infeksiyadan sağalıb.