Prezident İlham Əliyevin fevral ayının 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. Dörd saat çəkən konfransda Prezident əllidən çox suala cavab vermişdir. Konfrans zamanı Ali Baş Komandan daha çox azərbaycan-Türkiyə münasibətlərinə diqqət ayırıb. 

Bildiyimiz kimi, noyabrın 10-da imzalanmış Bəyanatda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti orada dəqiq göstərilməsədə, razılaşma əsasında  Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərəcək. Həmin monitorinq mərkəzi Azərbaycan öz vəsaiti hesabına Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında tikildi. Hal-hazırda bu mərkəz fəaliyyətdədir. Mərkəzin əsas işi müharibədən sonra pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır. Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması bölgəmizdə sabitliyin əldə olunması sahəsində çox önəmli addımdır.

Müharibənin ilk günlərindən başlayaraq, 44 gün ərzində Türkiyə dövləti bizim yanımızda oldu. Azərbaycanın haqq içini dəstəkıəməklə bərabər, ermənistanın yanında olmaq istəyən gizli və aşkar şəkuildə onu dəstəkləyən dövlətlərə mesaj verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyə cəhd göstərməyin və Azərbaycana mane olmayın.

Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğan, Milli Müdafiə naziri H.Akar, xarici İşlər naziri M.Çavuşoğlu və digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək göstərməklə çox böyük siyasi və mənəvi dayaq oldular.

Hazırda Türkiyə dünya miqyasında yeni bir güc mərkəzi kimi tanınır. Onun bu statusu bölgəmiz üçün sabitliyin təmin olunmasında əvəzedilməzdir. Odur ki, Azərbaycan Respublikasının Müdafi Nazirliyinin Türkiyə Müdafiə nNazirliyinə etdiyi müraciətdən sonra, qardaş ölkənin   100-dən çox hərbi mütəxəssisi Azərbaycana ezam edilib.

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli Bəyanatın bir bəndi Ermənistan ərazisindən, Azərbaycanı Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə, eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhlizin açılması  barədə idi. Bu ilin 11 yanvarında imzalanan növbəti üçtərəfli bəyanat bütünlüklə bə bəndin icrası üçün birgə tədbirlər planının hazırlanması barədə idi. Artıq hər üç ölkənin yartdığı birgə işçi qrupu öz fəaliyyətini davam etdirir. Qarşıda duran bütün planların həyata keçiriləcəyinə inanırıq.

Düşməndən azad olunan torpaqlarda düşmən öz xislətinə uyğun olaraq çoxsaylı partlayıcı maddələrdən istifadə etmişdir və bu günə qədər də minalanmış ərazilərin xəritəsini bizə təqdim etməyiblər. Azərbaycan minalı sahələri zərərsizləşdirmək üçün Türkiyədən müasir texnika almışdır ki, bu da mina təmizləmə işini xeyli asanlaşdıracaqdır.

Reginun inkişafı inteqrasiya proseslərinin sürətindən asılı olduğu üçün Türkiyə ilə inteqrasiya layihələrinin icrası ilə bağlı arada fikir ayrılığı yoxdur. Müharibədən sonrakı dövr yeni perspektivlər və yeni imkanlar açır. Ölkələrarası əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması və yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük imkanlar yaradır. Bu isə Avrasiyanın yeni bir “nəqliyyat damarının” açılması deməkdir.

 Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran dövlət başçıları ilə keçirdiyi görüşləri və apardığı fikir mübadiləsi onu göstərir ki, dövlət başçılarının mövqeləri üst-üstə düşür. Ermənistan rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyi qonşu dövlət başçılarının eyni olarsa, onda Ermənistan da bu proseslərin tərkib hissəsi ola bilər. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan imtina edərsə, bu onun ciddi problemlər içində qalacağı deməkdir.

Qarabağa Böyük Qayıdış prosesi start götürmüşdür və qardaş  Türkiyənin şirkətləri yenidənqurma işlərində iştirak edir. İlk kontraktlar  ənənəvi olaraq Türkiyə şirkətləri ilə imzalanmışdır. Görüləcək işlərin həcmi kifayət qədər çox olduğuna görə, həmijn işlər Türkiyə şirkətləri ilə birgə görüləcəkdir ki, bu da onların və buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaqdır.

Hal-hazırda bizim ölkə üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri, bizim şirkətlərlə birlikdə fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri iştirak edirlər. Bu yol çox mürəkkəb və çətin bir ərazidən keçir. Relyefin quruluşu orada tunellərin çəkilməsini tələb edir. Ümumilikdə Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə iştirak edirlər.

II Vətən müharibəsindən sonra Azərbaycan Türk Ordusunun kiçik modelini yaratmaq istəyir. Bu fikri ali baş komandan ilham Əliyev keçirilən konfransda bəyan etdi. Türkiyə ilə bir çox sahələrdə sahələrdə, o cümlədən hərbi sahədə də ikitərəfli əməkdaşlığı davam etdiriləcəkdir.  Bildiyimiz kimi,Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır və NATO-da güc baxımından ikinci ordudur. Odur ki., Azərbaycan Türk Ordusunun kiçik modelini yaradacaqdır. Türkiyə dövlətinə bizə göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildiririk.

Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri, rayonun fəal gənci Tamerlan Əkbərov