Yaponiya hakimiyyəti bir sıra ölkələrdə müxtəlif yeni koronavirus növlərinin yayılma təhlükəsi səbəbindən 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək.

Unikal.org-un verdiyi məlumata görə, siyahıya Avstriya, Belçika, Braziliya, Almaniya, Danimarka, İtaliya, Nigeriya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya, İsveçrə, İsveç, Fransa daxil ediliblər. Bu ölkələrdən gəlişdən sonra üç gün ərzində karantin müəssisələrində qalmaq və koronavirus testindən keçmək lazım olacaq. Nəticə mənfi çıxdıqda gələnlər evlərində daha iki həftə özünü təcrid rejimində qalacaqlar.

Tədbir 5 mart tarixindən etibarən qüvvəyə minəcək və Yaponiyaya girməzdən iki həftə əvvəl sadalanan ölkələrdə olanlara da şamil edilir.