Bakıda mənzildə kişi meyiti aşkarlanıb.

Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1973-cü il təvəllüdlü Orucov Xudayar İbadulla oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.