Məlumata görə, "Orbital Assembly Corporation" tərəfindən hazırlanmış ilk kosmik otelin layihəsi haqqında yeni təfərrüatlar yayılıb. Voyager Station adı veriləcək kosmik otel 2027-ci ildə fəaliyyətə başlaya bilər.

Unikal.org xəbər verir ki, otelin inşası 2025-ci ilədək planlaşdırılır.

Oteldə bir restoran, kinoteatr və spa yerləşəcəyi gözlənilir. Otelin ümumi insan sayı 400 nəfərə çata bilər. Otelin tikilməsinin neçəyə başa gələcəyi barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Voyager Station layihəsi Gateway Fondu tərəfindən iki il öncə icrasına başlanılan Von Braunun davamıdır.