Cənubi Sudanda təyyarə qəzası baş verib.

Unikal.org xəbər verir ki, bu barədə “Anadolu” agentliyi bildirib.

Qeyd edilir ki, sərnişin təyyarəsi qəzaya uğrayıb.

Cuba Beynəlxalq Hava Limanının rəhbəri Kur Kurol agentliyə bildirib ki, qəzaya uğrayan “South Supreme” Hava Yollarına məxsus təyyarədir. Təyyarə yerli vaxtla saat 17:00-da səmaya qalxıb, lakin az sonra yerə düşüb.

Kur Kurol qəza zamanı çoxlu sayda insanın həlak olduğunu bildirsə də, ölənlərin sayı ilə bağlı dəqiq rəqəm açıqlamayıb.

Yerli medianın məlumatına görə, qəza zamanı 10 sərnişin və 2 heyət üzvü həlak olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Şirkət qəza ilə bağlı hər hansı açıqlama verməyib.