ABŞ-ın Kaliforniya ştatının cənubunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə yerli yol patrul xidmətinin əməkdaşına istinadən CNN telekanalı bildirib.

Qeyd edilir ki, hadisə “İmperial” dairəsində, Meksika ilə sərhəddən təxminən 20 kilometr məsafədə olub.

Məlumata görə, qəza zamanı bir neçə avtomobil, o cümlədən yük maşını toqquşub.

"The New York Times" isə bildirib ki, hadisə zamanı 15 nəfər həlak olub, daha 9 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, hadisə zamanı avtomobildə 27 nəfər olub.

Qəzanın başvermə səbəbi açıqlanmır.