Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin rəisi Vrej Qabrielyan vəzifəsindən azad edilib.

Unikal.org xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı fərman imzalayıb. Digər fərmanla Armen Qasparyan bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, Qabrielyan 5 noyabr 2019-ci ildən xilasetmə xidmətinin rəhbəri vəzifəsində çalışıb.