Türkiyənin Adana şəhər polis bölməsinin əməkdaşı qadın həmkarını 7 dəfə atəş açmaqla qətlə yetirib. 

Unikal.org xəbər verir ki,  hadisə 2020-ci ildə qeydə alınıb. Cinayətin üstündən 1 il keçməsinə baxmayaraq 27 yaşlı cinayətkar etdiyi qətlin səbəbini açıqlamır. Lakin  məhkəmələrin birində o, hakimə söz verərək, cinayətin səbəblərini açıqlayacağını bildirib.  

Bu gün baş tutan məhkəmə zamanı isə polis əməkdaşı yenə də susub. Bildirək ki, Adana şəhər polis bölməsində çalışan polis əməkdaşları aralarında eşq yaşayıblar. Bir müddət sevgili olan gənclər hətta evlənmək üçün nikah günü də təyin ediblər.  Müəmmalı səbəbdən 2020-ci ilin mart ayında polis Suat Teke sevgilisin yolunu maşınla kəsərək 7 dəfə atəş açıb. Polis qadın hadisə yerindəcə həyatını itirib. 

Polis əməkdaşının məhkəməsi yenə də davam etdiriləcək.