“Bu gün Azərbaycan mədəniyyət naziri, cənab Anar Kərimovla görüşdüm. Türkiyə ilə Azərbaycan arasında mətbuat, kommunikasiya və publik diplomatiya sahələrində həyata keçirəcəyimiz əməkdaşlıq haqqında məhsuldar müzakirələr apardıq. Cənab Anar Kərimova ziyarət üçün təşəkkür edirəm”.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun tvitterdə yazıb.