Şamaxı sakinindən silah götürülüb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirbəhli kənd sakini S.İbrahimovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.