İranın  Əhvaz şəhərində 4 nəfər “qiyam” ittihamı ilə edam edilib.

Unikal.org xəbər verir ki, İran İnsan Haqları Aktivistləri Agentliyinin üzvləri olan Qasım Heydəri, Əli Hisarci, Hüseyn Ailəvi və Nasir Hafayıcan adlı 4 nəfər “qiyam” ittihamı ilə Əhvəz şəhərindəki Sepider həbsxanasında edam edilib.

Edam edilən şəxslər 2017-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən Əhvazdakı iki polis bölməsinə hücum “ittihamı” ilə tutulublar. Dərhal Əhvaz məhkəməsi onları edam cəzasına məhkum edib.