Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb.

Bu barədə Unikal.org-a Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Məhərrəmli bildirib.

Onun sözlərinə görə, hazırda yoxlamalar davam etdirilir: "Yoxlamalar başa çatandan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri deputat  Azay Quliyevdir.