Meksikanın Jalisko ştatında qətl hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, silahlı şəxs evlərin birinə hücum edib. Bu zaman evdə olan 11 nəfəri qətlə yetirilib, iki nəfəri isə ağır yaralanıb. Silahlı şəxs ərazidən uzaqlaşıb.   

Hadisənin baş vermə səbəbi məlum deyil. Ştat polisi baş verən hadisə ilə bağlı araşdırma aparır.