Bu gün Myanmanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib.

Unikal.org xəbər verir ki,  yeddi şəhərdə hərbi çevrilişə qarşı etiraz edən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə azı 17 etirazçı ölüb.

Belə ki, Yanqon və Tavo şəhərində dörd nümayişçi, Pequ şəhərində üç, Mandalae və Pakxouku şəhərlərinin hər birində iki nümayişçi öldürülüb. Qeyd edək ki, hakimiyyəti ələ keçirən Myanma hərbçiləri fevralın 1-dən fövqəladə vəziyyət rejimi elan edib.