Ermənistan müxalifəti yenidən İrəvanın Baqramyan prospektinə toplaşıb.

Unikal.org xəbər verir ki, bu barədə "RİA Novosti” agentliyi məlumat yayıb.

Mitinq ölkə parlamentinin yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir. Etiraz aksiyasında bir neçə min insan iştirak edir.

Baqramyan prospektinə gələn siyasətçilər, şair və musiqiçilər də səhnədə çıxış edirlər. Əraziyə çoxlu sayda polis cəlb olunub.