Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Unikal.org xəbər verir ki, hadisə rayonun Canalı kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 5 nəfərə yaxın şəxs xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.(report.az)