Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Unikal.org xəbər verir ki, azarkeşlər arasında aparılan səsvermədə "Bavariya"nın futbolçusu Robert Levandovski layiq görülüb.

Qeyd edək ki, polşalı hücumçu "Latsio"nu 4:1 hesabı ilə məğlub etdikləri görüşdə hesabı açmışdı.