"Dini abidələrə gəldikdə, biz Azərbaycan dövləti olaraq onların hamısını qoruyur və bərpa edirik. Bununla bağlı kiminsə şübhəsi olmasın".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Kəlbəcər rayonunda olan şəxslər Xudavəng kilsəsinə gələ bilərlər. Gələcəkdə də bununla bağlı heç bir problem olmayacaq", - dövlət başçısı əlavə edib.