Ermənistan baş naziri Nikol Paşinyan çevrilişin alınmadığını elan edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, yürüşdə bu münasibətlə tərəfdarlarını təbrik edən Paşinyana həyat yoldaşı və qızı da qoşulub. Nikol Paşinyan tərəfdarlarına təşəkkür edib.

Qeyd edək ki, erməni kilsəsi Ermənistan baş nazirinə, prezidentə, parlamentə və müxalifətə çağırış edərək təmkinli olmağa və müzakirələrlə vəziyyətdən çıxmağa çağırıb.