Balakəndə yaşayış evində yanğın olub.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Qullar kəndində ümumi sahəsi 16 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri almış ev sahibi yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.