Nüfuzlu "Laureus"in təqdim etdiyi ilin idmançısı nominasiyasına namizədlərin adları açıqlanıb.

Unikal.org xəbər verir ki, namizədlər arasında "Bavariya"lı futbolçu Robert Levandovski, dünyanın 2-ci ən güclü tennisçisi Rafael Nadal, "Leykers"də çıxış edən basketbolçu LeBron Ceyms, son F1 çempionu "Mersedes"in pilotu Luis Hamilton və dünya rekordçusu Armand Duplantis yer alıb.

İlin istedadı arasına namizədlər arasında futboldan Ansu Fati, ilin komandasına isə futboldan "Bavariya" və "Liverpul" kimi klublar var.