"Forbes" jurnalı dünyaca məşhur müğənni Rihannanın "Savage x Fenty" adlı alt paltarı brendinin gəlirlərini 1 milyard dollar dəyərində qiymətləndirib.

Unikal.org  xəbər verir ki, hazırda analitiklər markanın daha da inkişaf edəcəyini proqnozlaşdırırlar.

Onların fikrincə, brend 2025-ci ildə dünya bazarının lideri olacaq.

Qeyd edək ki, "Savage X Fenty" 2020-ci ildə satışlardan əldə etdiyi mənfəət 200%-dən çox artıb. Rihannanın 2019-cu ilin yazında "LVMH" şirkəti ilə qurduğu "Fenty" moda markası isə bu il fəaliyyətini dayandırıb.