Rusiya istehsalı olan koronavirusa qarşı vaksinlər Meksika tərəfindən də tədarük edilib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, "Sputnik V" vaksinləri razılaşma əsasında Meksikaya ixrac edilib.

Vaksinlərin ilk partiyası paytaxt Mexikoda yerləşən hava limanına çatdırılıb. Bildirilib ki, vaksinlərin ilk partiyası 200 min dozadan ibarətdir. Tədarük prosesi növbəti partiyalarla davam etdiriləcək. Yoxlama mərhələsindən sonra Rusiya vaksinləri də Meksikadakı vaksinasiya prosesinə cəlb ediləcək.