Bakı şəhərinin Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yeddimərtəbəli yataqxana binasının damında ümumi sahəsi 250 m² olan yaşayış sahəsinin (artırma tikililər) yanar konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 m² sahədə yanıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının sahəsinin genişlənməsinin qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

***

10:55

Bakı şəhərinin Yasamal rayonunda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Unikal.org-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

***

09:34

Bakıda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib.

Unikal.org xəbər verir ki, yanğın binanın damından başlayıb. 

Hadisə yerinə Fövqəladə Halların Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.